Onlar səhv yoldadır- Əhməd Oruc

Hazırda oxunan: Onlar səhv yoldadır- Əhməd Oruc

76512
Əhalinin böyük əksəriyyəti öz maddi duumundan,  ölkədəki rüşvət və korrupsiyadan, milli sərvətlərin talan edilməsindən, azad mətbuatın, ədalətli məhkəmələrin olmamasından, həm özünün, həm ölkənin sabahı ilə bağlı güvənsizlıkdən ciddi  narahatdır. Bütün bunların üstünə regionda böyük dövlətlərin öz maraqları üçün körüklədiyi, maliyyələşdirdiyi  etnik və dini zəmində qarşıdurma və toqquşmaları da əlavə etsək vəziyyətin  nə qədər cətin və acınacaqlı olduğu aydın görünür.  
   
Hakimiyyətin ölkənin ciddi problemləri ”“ ərazi bütövlüyünün təmini,  insanların maddi, mənəvi və güvən baxımından təmini məsəslələrində aydın, elmi əsaslandırılmış  platforması nə əməli, nə də nəzəri olaraq ortada yoxdur.  Bütün bu ümumi sadaladığımız problemlərin hər biri ilə bağlı hakimiyyətin fəaliyyətinin yetərsiz və düzgün olmadığını  saatlarla ismin bütün hallarında hallandırmaq  mümkündür və biz illərdir bununla məşğuluq. Və illərdir bu problemlərin heç biri ortadan götürülmür, əksinə, bu sahələrdə vəziyyət daha acınacaqlı, milli maraqlarımıza uyğun olmayan vəziyyət alır. Hakimiyyəti reallıqdan çox uzaq ritorikasına rəğmən ərazi bütövlüyümüzün  təmini məsələsinin hər ötən gün daha da çətinləşdiyini ağlı başında olan hər kəs başa düşür.  Ədalətli, güvənli, insan haqları qorunan, azad mətbuatın olduğu, sosial təmin olunmuş cəmiyyət quruculuğunda da vəziyyətin  daha da pisləşdiyini həm nəzəri, həm də faktiki əsaslandırmaq mümkündür. 
 
Azərbaycan müstəqilliyini əldə etdikdən bu günlərə qədər hakimiyyət və müxalifət arasında münasibətlər daim ən gərgin vəziyyətdə olub. Sözdə hər iki tərəf  “milli məsələlərdə bir yerdəyik”x9d kimi gəlişi gözəl şüarlar söyləsə də faktiki olaraq bu illər ərzində qiyamlar, silahlı toqquşmalar, həbslər, repressiyalar, təzyiqlər bir-birini əvəz edib. 
  
Zənnimcə Azərbaycanda bu cür düşmənçilik prosesi bu ölkədə dövlət oluşmasında maraqlı olmayan, bu ərazyə hələ də imperiya ərazisi kimi baxmaqda davam qüvvələr tərəfindən aparılır. Bu gün bu ölkədə hakimiyyətdə olanların böyük əksəriyyəti  həmin imperiya təfəkkürünün daşıyıcılarıdır. Bu gün onlar  onları hakimiyyətə gətirən  4 iyun qiyamının təsirindən çıxa bilməyiblər.  
   
Və zənnımcə ilk dəfə siyasi qüvvələr arasındakı bu düşmənçilik bəlasından qurtulmağa, siyasi qüvvələrin bir yerdə milli problemlərin müzakirəsinə,  ilk dəfə doğru yola bir cəhd var. 
  
Ya şəxsi ambisiyasından, ya da cəmiyytin möhkəmlənməsindən narahat olan qüvvələrin təsirindən sifarişi olaraq kənarda qalmış bir-iki siyasi istisna olmaqla cəmiyyətdə bütün siyasilər iqtidar və müxalifət arasında dialoqa qoşulub.  İqtidar və müxalifətin aşkar dialoq şəraitində olduğu cəmiyyətin daha güclü, daha proqnozlaşdırılan, daha güvənli, daha eşidilən olacağı kimə bəlli deyil.  Kəskin, barışmaz qütbləşən, əsas siyasi qüvvələrin düşmənçilik mövqeyində olduğu ölkələrin necə məhv olduğu göz önündə deyilmi? 
   
Əslində iqtidar və müxalifət arasında bu və ya digər problemlərlə bağlı  müzakirə, dialoq normal ölkələr üçün adi, gündəlik bir işdir. O ölkələrdə bu proses ölkənin parlamentində, millətin seçdiyi vəkillər arasında aparılır. Bizdə belə bir parlamentin olmadığına görə dialoq 2 ayda bir dəfə siyasi partiyalar arasında aparılır.  
 Görüşlərin qapalılığından, dialoqda iştirak edənlərin ünvanlarına atılan çamurlardan dialoqda iştirak edən bəzi dostlarımız da narahatdır. Və hər dəfə bu prosesin 4 ay davam etməsinə baxmayaraq hələ ciddi bir nəticənin olmamasından, hakimiyyətimn imitasiyasından, heç nə əldə olunmayacağı halda  bu prosesdə aldadılmış, nüfuz itirmiş tərəf  olacağımız haqda fikirlər səslənir. 
Əvvala, qeyd etmək istəyirəm ki, indinin özündə də artıq bir sıra nəticələr var. Ən azı  zorla, 4 iyun, 4 oktyabr  qiyamları ilə sürükləndiyimiz düşmənçilk münasibətlərindən imtina, bir dialoq-məsləhətləşmə alternativi ortadadır. İlk dəfə kənar bir drijor çubuğu olmadan ölkənin siyasi qüvvələri bir masa arxasındadır. Bu dialoqun olumlu nəticələr verməsi təbii ki, hakimiyyəətin bu prosesə nə dərəcədə hazır olmasından daha çox asılıdır. Hakimiyyət milli marağa uyğun bu proseslərdən yayınaraq dialoq imitasiyası ilə məşğul olacaqsa, təbii ki, bu mövqe milli həmrəyliə, milli barışa daha bir zərbə ola bilər.  
  
Bu gün dialoq, barış, güvən prosesinə təkan vermək üçün hakimiyyətin əlində kifayət qədər imkanlar var. Ən azı siyasi məhbuslar problemini həll etməklə hakimiyyət bu istiqamətdə proseslərə ciddi təkan vermiş olar. 
  
Bir- iki partiyanın bu prosesə qoşulmaması  da zənnimcə prosesin mahiyyətinə təsir edə bilməz.  Ã–lkənin real problemlərinin bir masa arxasında açıq müzakirəsindən çəkinib, hansısa stadionda şüarlar səsləndirmək, hakimiyyətdən nələrisə tələb edən qətnamələr səsləndirmək artıq qeyri-ciddi mahiyyət alır.  Sən axırda o qətnaməni, tələbini bu haklimiyyətə təqdim etməli, bu hakimiyyətin bu məsələdə mövqeyini öyrənməli deyilsənmi?   Yoxsa sənin işin yalnız uzaqdan, hamının görə biləcəyi bir pozadan bu ölkədə nələrin düz olmadığını göstərməklə yekunlaşır.  Zənnimcə bu mövqe artıq heç bir məntiqə söykənmir. Kənar qüvvələrin, ATƏT-in, ABŞ-ın təşkil etdiyi görüşlərə, dialoqlara qatılırsan,  xaricdən gələn istənilən rəngli missionerlə görüşürsən, “xalq diplomatiyası”x9d adı altımda hətta ermənilərlə vaxtaşırı buluşursunuz, amma ölkədəki siyasi partiyaların görüşünə qatılmırsız. Bu cür mövqe heç bir sağlam, ciddi əsasa söykənə bilməz.  Onlar səhv yoldadır...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin