Ağalarovun ilk biznesi

Hazırda oxunan: Ağalarovun ilk biznesi

76277
Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bizneslə 1988-ci ildən məşğul olduğunu söyləyir. 

ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatına müsahibə verən iş adamı yaratdığı ilk kooperativi “Şafran”x9d adlandırdığını bildirir. 

“Sonra adı ingilis dilinə çevirdik və “Krokus”x9d alındı. Onda bütün kooperativlər alqı-satqı ilə məşğul olurdu, başqası, demək olar ki, yox idi. Biz eyni vaxtda çox sahəli ticarətlə məşğul idik. Onda mağazalarda dolablar tamamilə boş idi. Böyük qastronomlarda yalnı üç litrlik balonlarda pomidor turşusu, küknar şirəsi və mineral sular satılırdı.ö Biz isə Azərbaycandan ərik, nar, yemiş və qarpız gətirirdik. On tonluq maşın gəlirdi və Novıye Çeremuşkidə 10 universama paylayırdıq və sonra pulu yığırdıq. Moskvaya təyyarə ilə təzə göyərti göndərirdik. İnsanlar səhərlər göyərtini ləkdən yığırdılar, təyyarəyə yükləyirdik, hava limanından isə dərhal bazara aparırdıq”x9d,- deyə Ağalarov həmin günləri xatırlayıb. 

Daha sonra iş adamı texnika tijarətinə girişib. Kompyuter avadanlığı, məişət əşyalarının, kosmetika və s.-in alış-verişi ilə məşğul olub. Sonra prioritet istiqamətlərin müəyyən edilməsinin vacibliyi ortaya çıxıb və “Krokus”x9d geyim ticarətinə başlayıb. Çindən konteynerlərlə ayaqqabı gətirərək bütün SSRİ ərazisində satdırıb.

“Onda mən özüm yüngül plaş layihələndirdim və onu “Al Kapone”x9d adlandırdım. Bu plaşlardan mən milyon ədəd satdım, halbuki, qara rəngli bircə modeli vardı”x9d,- deyə Araz Ağalarov 25 il əvvəli xatırlayıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin