Azərbaycan və Ukrayna hüquq-mühafizə orqanları Kiyevdə fəaliyyət göstərən mütəşəkkil kiberdələduz qrupuna qarşı birgə əməliyyat keçirib.
Bizim.Media xəbər verir ki, şəhərin bir neçə rayonunda Azərbaycan vətəndaşlarının bank hesablarından pul oğurlayan şəxslərin fəaliyyət göstərdiyi zəng mərkəzləri aşkarlanıb.
Dələduzlar özlərini polis, bank və maliyyə qurumlarının nümayəndələri kimi təqdim edərək vətəndaşları aldadır, onların pul vəsaitlərinə çıxış əldə ediblər.
Əməliyyat nəticəsində onlarla şübhəli şəxs ifşa olunub, saxlanılaraq Azərbaycana gətirilib.
Daxili İşlər Nazirliyi yaxın vaxtlarda istintaqla bağlı təfərrüatları açıqlayacağını bildirib.
Bizim.Media



































































































