Bakıda maşını xarab olan sürücü həbs olundu - VİDEO

Hazırda oxunan: Bakıda maşını xarab olan sürücü həbs olundu - VİDEO

642403

Bakıda ictimai yerdə asayişi pozan həbs olunub.

Bizim.Media xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Poladəritmə” zavodunun yanında qeydə alınıb.

35 yaşlı Süleyman Cabbarov (şərti adla) qeyd olunan ərazidə ucadan söyüşlər söyərək, xırda xuliqanlıq əməli törədib. Ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq, irad bildirib və əməllərini dayandırmasını desələr də, Süleyman qanuni tələbə məhəl qoymayıb. Nəticədə o saxlanılaraq, barəsində protokol tərtib olunub.

S. Cabbarov ifadəsində bildirib ki, maşını xarab olduğu üçün əsəbindən söyüş söyüb. O, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə Süleyman Cabbarov 1 ay müddətinə inzibati qaydada həbs olunub. (Lent.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin