Sentyabrın 17-nə keçən gecə Ukrayna PUA-larının hücumu nəticəsində Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavodunda və Rostov-na-Donundakı aerodromda yanğın baş verib.
Bizim.Media "Astra" nəşrinə istinadən xəbər verir ki, Yaroslavldakı "Slavneft-YANOS" NEZ-də baş verən yanğın OSINT təhlili ilə də təsdiqlanıb.
İldə təxminən 15 milyon ton neft emal edən və Rusiyanın ən böyük beş NEZ-indən biri olan bu zavod cari ildə azı 8 dəfə hücuma məruz qalıb.
Rostov-na-Donunda isə hərbi bazanın infrastrukturunun və aviasiyanın hədəf alındığı, ərazidə ikincili detonasiya hallannın qeydə alındığı bildirilir.
Xatırladaq ki, bundan əvvəl sentyabr ayında Sızran və Saratov NEZ-ləri də Ukrayna PUA-larının hücumlarından sonra fəaliyyətlərini dayandırmışdılar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:25 / 17.09.2026
PUA-lar Yaroslavldakı neft emalı zavoduna, Rostovdakı hərbi aerodroma zərbə endirdi – VİDEO
Hazırda oxunan: PUA-lar Yaroslavldakı neft emalı zavoduna, Rostovdakı hərbi aerodroma zərbə endirdi – VİDEO
Hazırda oxunan: PUA-lar Yaroslavldakı neft emalı zavoduna, Rostovdakı hərbi aerodroma zərbə endirdi – VİDEO
637111
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































