Abşeronda 30 sürücü saxlanıldı –VİDEO

Hazırda oxunan: Abşeronda 30 sürücü saxlanıldı –VİDEO

635485

Polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin gücləndirilməsi istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti tədbirlər zamanı motoxuliqanlıq edən, yüksək səs-küy yaradaraq sakinlərin rahatlığını pozan, eləcə də sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 30 sürücü saxlanılıb.

Tədbirlər zamanı, həmçinin nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edərək əlavə işıq və səsboğucu qurğular quraşdıran 12, narkotik vasitənin təsiri altında avtomobil idarə edən 2 sürücü barəsində inzibati protokollar tərtib olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin