Putin: “Ermənistan istəsə, elə sabah Gümrüdəki bazanı tərk edərik” – VİDEO

Hazırda oxunan: Putin: “Ermənistan istəsə, elə sabah Gümrüdəki bazanı tərk edərik” – VİDEO

634322

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən sonra təşkil olunan mətbuat konfransında ölkəsinin Ermənistandakı hərbi bazası ilə bağlı diqqətçəkən bəyanat verib. 

Bizim.Media xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, rəsmi İrəvan bunun vacib olduğunu hesab edərsə, Rusiya Ermənistandakı hərbi varlığını qorub saxlamağa hazırdır.

Bununla belə, Putin Ermənistan tərəfinin istənilən qərarına hörmətlə yanaşacaqlarını vurğulayıb:

“Əgər Ermənistan ölkədəki Rusiya hərbi bazasına artıq ehtiyac olmadığını hesab edərsə, Rusiya elə sabah çıxıb getməyə hazırdır”.

Xatırladaq ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası iki ölkə arasında 1995-ci ildə imzalanmış müqavilə əsasında fəaliyyət göstərir və onun qalma müddəti 2010-cu ildə edilən dəyişikliklə 2044-cü ilə qədər uzadılıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin