“Qırmızı Körpü”də ƏMƏLİYYAT – Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı – FOTO

Hazırda oxunan: “Qırmızı Körpü”də ƏMƏLİYYAT – Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı – FOTO

632791

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman vasitələri aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
 

"Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin dartıcı hissəsində gömrük orqanına bəyan edilməyən, ümumilikdə 5 adda 2755 konvalyut dərman aşkar edilib.


Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin