“TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi – FOTO

Hazırda oxunan: “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi – FOTO

632793

Ağstafada 3 gün əvvəl elektrik cərəyanı vuran 15 yaşlı Ö.Nəsibov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə “qafqazinfo.az”ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, 2011-ci il təvəllüdlü şəxs (kişi) 21.08.2026-cı il tarixində saat 23:00 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
 

Sifətin, boyunun, hər iki yuxarı ətrafların ön və arxa səthlərin III-IV dərəcə elektrotravmalı ağır dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 22.08.2026-cı il tarixində saat 20:10 radələrində ölüm faktı qeydə alınıb.


Qeyd edək ki, yeniyetməni “TikTok” sosial şəbəkə platforması üçün video çəkmək istəyərkən elektrik cərəyanı vurduğu bildirilirdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin