Peskov: “Ermənistan KTMT-dən çıxmaqda sərbəstdir”

Hazırda oxunan: Peskov: “Ermənistan KTMT-dən çıxmaqda sərbəstdir”

632772

Əgər Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyə artıq ehtiyacı yoxdursa, İrəvan müvafiq qərar qəbul etməkdə və təşkilatı tərk etməkdə sərbəstdir.
 
Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
 

"Mən "çıxarılsaydı, məmnun olardım" ifadəsinin nə demək olduğunu anlamaqda çətinlik çəkirəm. Əgər İrəvan öz milli maraqları baxımından regional təhlükəsizliyin təmin edilməsi üzrə belə mühüm təşkilata üzvlüyə artıq ehtiyac duymursa, o zaman müvafiq qərar qəbul etməkdə və bu təşkilatı tərk etməkdə sərbəstdir", - o qeyd edib.


 Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün bildirib ki, ölkənin KTMT-dən xaric edilməsinə qərar verilərsə, bundan məmnun olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin