Çoxmərtəbəli binaların bloklarında, pilləkən meydançalarında, hətta bəzən pilləkənlərin kənarı ilə lazımsız əşyalar yığılır. Xüsusilə də 6-8 mənzilin bir mərtəbədə yerləşdiyi yeni binalarda laqeyd sakinlərin istifadə etmədiyi əşyaların “anbarı” çoxlarını narahat edir. Köhnə mebellər, şkaflar, karton qutular və hətta xarab məişət texnikası həftələrlə, bəzən aylarla saxlanılır.
Bəs sakin öz əşyasını binanın ümumi sahəsində saxlaya bilərmi? Digər sakinlər narazıdırsa nə etməlidirlər?
Bu görüntüdən narahat olan qonşular ümumi istifadə sahələrinin boş və təhlükəsiz saxlanmasını tələb etmək üçün ilk növbədə binaya xidmət göstərən quruma, yəni tikinti şirkətinin komendantlığına müraciət edə bilər. Problem həll olunmursa, bələdiyyəyə də yazılı müraciət etmək mümkündür.
Problemin hüququ yolu da var: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1 maddəsinə görə çoxmənzilli binanın pilləkən meydançaları, pilləkənlər, çardaqlar, zirzmilər, şaxtalar, dəhlizlər və digər ümumi sahələri bütün mənzil sahiblərinin ümumi paylı mülkiyyətidir. Yəni bir sakin həmin yeri öz şəxsi saxlanc yeri kimi istifadə edə bilməz.
Bu, sadəcə səliqəsizlik deyil, təhlükə mənbəyidir.
Məsələ burasındadır ki, yaşayış binalarında pilləkən qəfəslərində və dəhlizlərdə hər sakinin özünə aid künc yaratması, pilləkən meydançalarında hər hansı əşyaların saxlanması qadağandır. Çünki yanğın və zəlzələ təhlükəsizliyi qaydalarına görə, pilləkənlər, pilləkən qəfəsləri, giriş-çıxışlar və dəhlizlər hərəkət üçün rahat və təhlükəsiz olmalı, həmçinin təxliyə üçün əlverişli saxlanmalıdır. Qonşular bu ərazilərin daraldılması, keçidin çətinləşdirilməsinə görə hətta Fövqəladə Hallar Nazirliyinə belə şikayət edə bilər.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:45 / 24.08.2026
Blokları “anbar”a çevirən sakinlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Blokları “anbar”a çevirən sakinlərə XƏBƏRDARLIQ
Hazırda oxunan: Blokları “anbar”a çevirən sakinlərə XƏBƏRDARLIQ
632780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































