69 yaşlı qadını “sevgili olmaq” adı ilə iki dəfə ALDATDILAR

Hazırda oxunan: 69 yaşlı qadını “sevgili olmaq” adı ilə iki dəfə ALDATDILAR

631078

Krasnoyarsk diyarında 69 yaşlı qadın bir il ərzində iki dəfə internet fırıldaqçılarının tələsinə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya DİN-in region üzrə Baş İdarəsi məlumat yayıb.
 

Yeniseysk şəhərindən olan təsərrüfatçı iyul ayında miqrasiya şöbəsinə müraciət edərək polis əməkdaşına bir amerikalıya aşiq olduğunu bildirib və "nişanlısı" üçün vətəndaşlıq sənədlərinin rəsmiləşdirilməsinə kömək etməsini xahiş edib.


Vəziyyətdən şübhələnən miqrasiya müfəttişi qadının evinə yollanıb və məlum olub ki, oa fırıldaqçı aylardır təqaüdçünü psixoloji təsir altında saxlayır.

Polis əməkdaşı təqaüdçünü pul köçürməməyə inandıraraq onunla maarifləndirici söhbət aparıb və kiberdələduzluq təhlükələri barədə xəbərdarlıq edib.

Qeyd edək ki, həmin təqaüdçü fevral ayında özünü ingiltərəli kimi təqdim edən şəxsin "virtual sevgisi"nə inanaraq digər bir fırıldaqçıya 40 min rubldan (təxminən 750 manat) çox pul köçürmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin