Azərbaycanda bu kəndlə əlaqə kəsildi – FOTO

Hazırda oxunan: Azərbaycanda bu kəndlə əlaqə kəsildi – FOTO

631063

Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
 

Güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb. Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.


İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, bu gün yağan güclü yağışdan sonra Zəyəm çayında selin səviyyəsi kəskin yüksəlib. Hazırda qərb bölgəsinin ucqar rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin