Xəbər verdiyimiz kimi, Tarif Şurası tərəfindən Azərbaycanda bir sıra dərman vasitələrinin pərakəndə satış qiymətlərinin yuxarı həddi yenidən müəyyənləşdirilib.
Bizim.Media xəbər verir ki, siyahıda tibbi spirt, ağrıkəsici, antibiotik və spazm əleyhinə preparatlar da yer alıb.
Belə ki, 100 ml 95 faizlik tibbi spirtin pərakəndə satış qiymətinin yuxarı həddi 55 qəpik, 500 ml-lik qablaşdırmanın qiyməti isə 3,36 manat müəyyən edilib.
Analgin Dibazol Papaverin (tablet) preparatı üçün isə maksimum qiymət 1,86 manat təyin edilib.
Tetrasiklinin 3 qramlıq göz məlhəminin pərakəndə satış qiymətinin yuxarı həddi 1,67 manat, Bonpenisillinin 50 flakonlu qablaşdırmasının qiyməti 13,50, Spazmolizinin 40 mq-lıq, 10 ədədlik qablaşdırmasının pərakəndə satış qiyməti isə 10 manat müəyyənləşdirilib.
Spazmalgon 5 ml-lik ampul 17 manat, Hiften 200-ün 200 mq-lıq 10 kapsuldan ibarət qablaşdırmasının qiyməti isə 2,32 manat təyin edilib.
Qeyd edək ki, tibbi spirt, Tetrasiklin, Bonpenisillin, Spazmolizin və Hiften 200 üzrə göstərilən yeni qiymətlər 23 iyul 2026-cı ildən qüvvəyə minib.
Xədicə Paşayeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:40 / 14.08.2026
Ən çox istifadə olunan dərmanların YENİ QİYMƏTLƏRİ – SİYAHI
Hazırda oxunan: Ən çox istifadə olunan dərmanların YENİ QİYMƏTLƏRİ – SİYAHI
Hazırda oxunan: Ən çox istifadə olunan dərmanların YENİ QİYMƏTLƏRİ – SİYAHI
630947
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































