I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə builki müsabiqə vəziyyəti və keçid balları ilə bağlı proqnozlar açıqlanıb.
Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “DOST TV”nin canlı efirində bu barədə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, RK altqrupunda 600 və daha yuxarı keçid balı formalaşmış ixtisaslarda bu il keçid ballarının təxminən 10 bal aşağı düşəcəyi gözlənilir.
500–600 bal intervalında yerləşən ixtisaslarda ötənilki keçid ballarının əsasən qorunacağı, 400–500 bal intervalında isə keçid ballarının təxminən 10 bal azalacağı proqnozlaşdırılır.
300–400 bal intervalında ciddi dəyişiklik gözlənilməsə də, 200–300 bal intervalında yerləşən ixtisaslar üzrə keçid ballarının təxminən 10 bal artacağı ehtimal edilir.
Bu artım əsasən regional və özəl ali təhsil müəssisələrində müşahidə olunacaq. RK altqrupunda dövlət sifarişi üzrə yerlərə qəbul olmaq istəyən və 220 baldan yuxarı nəticə göstərən abituriyentlərin dövlət sifarişi ilə qəbul şansı yüksəkdir.
Daha ətraflı videoda:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:42 / 13.08.2026
DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO
Hazırda oxunan: DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO
Hazırda oxunan: DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO
630926
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































