Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır

Hazırda oxunan: Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır

630752

Azərbaycanda yaşı 18-dən az olan işçilərin gecə vaxtı işlərə, iş vaxtından artıq çalışmaya, istirahət və bayram günlərində əməyə cəlb edilməsi, eləcə də ezamiyyətə göndərilməsi qanunla qadağandır.

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu kateqoriyadan olan şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən olunmur və onların attestasiyası keçirilmir. Həmçinin 16 yaşınadək işçilər üçün qısaldılmış iş vaxtı həftə ərzində maksimum 24 saat, 16-18 yaş arası işçilər üçün isə 36 saat müəyyən edilib.
 

Qanunvericiliyə əsasən, əmək məzuniyyəti 16 yaşdan az olanlara 42 təqvim günündən, 16-18 yaşlı işçilərə isə 35 təqvim günündən az olmayaraq verilməlidir. Yaşı 18-dən az olan şəxslərin normadan ağır əşyalar qaldırması, peşəkarlıq səviyyəsinin yetərsizliyi əsası ilə işdən azad edilməsi qadağandır.


Bundan əlavə, əmək şəraiti ağır və zərərli olan yerlərdə, yeraltı obyektlərdə, gecə klublarında, barlarda, tütün, alkoqol, energetik içki və toksik preparatların istehsalı, daşınması və satışı işlərində 18 yaşına çatmayan şəxslərin çalışmasına icazə verilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin