Bakıda 2 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Hazırda oxunan: Bakıda 2 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

630579

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakıda iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib.
 

Bildirilib ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi nin bir hissəsində – 12 avqust 2026-cı il saat 08:00-dan, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi nin bir hissəsində – 12 avqust 2026-cı il saat 11:00-dan nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


"Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və yarana biləcək narahatlığa anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin