Yayda orqanizmin tələbatına görə çox su içirik. Bu, bizi istilərdən qoruyub, bədənimizin nəm balansını təmin etsə də tərəzidə çəkinin artdığını görəndə məyus olmamaq mümkün deyil. İstər-istəməz sual yaranır: “Görəsən, su kökəldir?”
Mövzu ilə bağlı Bizim.Media-ya danışan diyetoloq Samir Vəliyev bildirdi ki, su insanı kökəldə bilməz, çünki kalori daşımadığı üçün yağ yığılmasına səbəb olmur. Amma bəzi istisna hallar var:
“Suyu içəndən sonra tərəziyə çıxan adam müvəqqəti artım görə bilər. Amma bu yağ deyil, bədəndə yığılıb qalmır, orqanizm artıq mayeni sidik və tərlə xaric edir. Əgər gün boyu daha az maye bədəndən ifraz olursa o zaman bağırsaqlarda qida və maye miqdarının artması ilə bağlıdır. Bundan başqa daha az hərəkət edən adamlardan da su çətinliklə “atılır””.
Diyetoq həmçinin isti hava və maye balansındakı dəyişikliklərin suyun bədəndə yığılıb qalmasına səbəb olduğunu deyir. Belə olan halda su şişkinlik yaradır və adamı kök göstərir.
“Əslində sağlam böyrəklər artıq suyu tez xaric edir. Amma bədəndə maye tutulması varsa, bu sahibinin daha karbohidratlara üstünlük verdiyini göstərir. Hormonal dəyişikliklər maye tutulmasını artıra bilər. Yəni su nə qədər faydalı hesab olunsa da, odemə meyilli orqanizm onu ehtiyatla qəbul etməlidir.”
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:20 / 11.08.2026
Su içmək kökəldir? – Yayda daha şişkin görünməyin SİRRİ AÇILDI
Hazırda oxunan: Su içmək kökəldir? – Yayda daha şişkin görünməyin SİRRİ AÇILDI
Hazırda oxunan: Su içmək kökəldir? – Yayda daha şişkin görünməyin SİRRİ AÇILDI
630518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































