Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI

630471

Bu il iyulun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 787,4 min nəfər olub, onlardan 844,6 min nəfəri dövlət sektorunda, 942,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Muzdla çalışan işçilərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,8 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7 faiz artaraq 1 174,4 manat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin