Azərbaycanda bir sıra dövlət qurumları və publik hüquqi şəxslərin balansında olan nəqliyyat vasitələri sentyabrın 15-də hərraca çıxarılacaq.
Bizim.Media xəbər verir ki, siyahıda minik avtomobilləri, mikroavtobus və xüsusi təyinatlı nəqliyyat vasitələri yer alıb.
Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə məxsus 1990-cı il istehsalı VAZ-21061-in start qiyməti 750 manat, 1986-cı il istehsalı VAZ-21013-ün start qiyməti 600 manat, 2000-ci il istehsalı VAZ-21074 xüsusi təlim avtomobilinin start qiyməti isə 825 manatdır.
Dövlət Ehtiyatları Agentliyinin balansında olan 2007-ci il istehsalı "Chevrolet Niva 2123" 2 850 manat start qiyməti ilə hərraca təqdim edilir.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan 2006-cı il istehsalı "Nissan Maxima" 1 600 manat start qiyməti ilə beşinci dəfə 50% endirimlə təkrar hərraca təqdim edilir.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:27 / 10.08.2026
Azərbaycanda "su qiymətinə" avtomobillər hərraca çıxarılır - SİYAHI
Hazırda oxunan: Azərbaycanda "su qiymətinə" avtomobillər hərraca çıxarılır - SİYAHI
Hazırda oxunan: Azərbaycanda "su qiymətinə" avtomobillər hərraca çıxarılır - SİYAHI
630414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































