Qumar və mərc asılılığının yalnız maddi itkilərlə məhdudlaşmadığı, insanın düşüncə və davranışlarına, eləcə də ailə münasibətlərinə ciddi təsir göstərdiyi bildirilir.
Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, psixiatr professor Kültegin Ögelin sözlərinə görə, qumar və mərc asılılığı zamanı insanın beynində prioritetlər dəyişir.
Belə ki, qumar və mərc digər ehtiyac və məsuliyyətlərdən daha vacib görünməyə başlayır. Onun fikrincə, burada əsas məsələ qazanmaqdan çox, qazanmaq ehtimalıdır.
“Beynin dopamin gözləntisi digər bütün prioritetləri üstələyir. İnsan artıq hesablaya, plan qura və düzgün qərar verə bilmir”, - deyə mütəxəssis bildirib.
Niyə insan itirəcəyini bildiyi halda oynamağa davam edir?
Mütəxəssis qumar asılılığının əsas xüsusiyyətlərindən birinin insanın riskləri düzgün qiymətləndirmək qabiliyyətinin zəifləməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, beynin mükafat gözləntisi ilə bağlı mexanizmlərində dəyişiklik baş verir. Bu isə insanın prioritetlərini müəyyənləşdirməsinə və qərar qəbul etməsinə təsir göstərə bilər.
Ögelin sözlərinə görə, aparılan psixoloji testlərdə qumar asılılığı olan şəxslərdə asılılığı olmayanlarla müqayisədə daha ciddi pozuntular müşahidə edilir.
Asılılıq yalnız qumar oynayan şəxsi təsirləndirmir
Klinik psixoloq Elif Sena Özata isə qumar asılılığının nəticələrinin ailə üzvlərinə də yayıldığını bildirib. Onun sözlərinə görə, həyat yoldaşları, uşaqlar və digər yaxınlar maddi qeyri-müəyyənlik, etimadın itirilməsi və təkrarlanan böhranlarla üzləşə bilərlər.
Mütəxəssisin sözlərinə görə, qumar asılılığının insanın şəxsiyyəti ilə eyniləşdirilməsi onun kömək istəməkdən çəkinməsinə səbəb ola bilər. Asılılığı olan şəxslərin “qumarbaz” kimi damğalanmasının günahkarlıq və utanc hissini artıraraq problemin gizlədilməsinə gətirib çıxara biləcəyi bildirilir.
Bu səbəbdən mütəxəssislər həm ailədə, həm də cəmiyyətdə şəxsi yalnız asılılığı ilə xarakterizə edən ifadələrdən çəkinməyi tövsiyə edirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:30 / 08.08.2026
İnsan uduzacağını bildiyi halda niyə qumar oynayır? – Mütəxəssisdən diqqətçəkən AÇIQLAMA
Hazırda oxunan: İnsan uduzacağını bildiyi halda niyə qumar oynayır? – Mütəxəssisdən diqqətçəkən AÇIQLAMA
Hazırda oxunan: İnsan uduzacağını bildiyi halda niyə qumar oynayır? – Mütəxəssisdən diqqətçəkən AÇIQLAMA
629968
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































