Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

Hazırda oxunan: Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın həyatını itirdi

629853

Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən "Kəpəz" Hospitalda ölüm hadisəsi baş verib.

Bizim.Media "Qafqazinfo.az"a istinadla xəbər verir ki, Almaniya vətəndaşı olan türkəsilli Tulin Turp dünən tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib.

Bildirilib ki, Tulin Turp klinikada estetik cərrah Seymur Məmmədov tərəfindən əməliyyat edilib və səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib.
 

Qeyd edək ki, daha əvvəl Seymur Məmmədovun əməliyyat etdiyi 2 qadının ölümü ilə bağlı məlumatlar yayılıb.


Bunlar 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci ildə anadan olmuş Pərvanə Mirzəyevadır. Hər iki qadının S.Məmmədov tərəfindən "Etalon" klinikasında əməliyyat ediləndən sonra öldüyü bildirilib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin