Bu yollara asfalt əvəzinə süngər döşənir

Hazırda oxunan: Bu yollara asfalt əvəzinə süngər döşənir

629839

Mərakeş və İspaniyada şəhərlərdə istiliyin təsirini azaltmaq və yağış sularının idarə olunmasını yaxşılaşdırmaq məqsədilə yeni yol örtüyü sınaqdan keçirilir. Pilot layihələr çərçivəsində ənənəvi qara asfaltın əvəzinə suyu özünə hopduran, məsaməli quruluşa malik xüsusi örtük tətbiq olunur.

Bizim.Media xəbər verir ki, yeni örtük yağış suyunu kanalizasiya sisteminə yönəltmək əvəzinə, onu yolun alt qatına ötürərək torpaqda saxlayır.

Daha sonra bu su tədricən buxarlanır və yol səthinin temperaturunun aşağı düşməsinə kömək edir.

Mütəxəssislər bildirirlər ki, bu üsul həm şəhərlərdə "istilik adası" effektini zəiflədə, həm də güclü yağışlar zamanı küçələrdə suyun yığılmasının qarşısını ala bilər.
 

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) məlumatına görə, ənənəvi qara asfalt günəş şüalarını udduğu üçün yay aylarında səthin temperaturu 66,7 dərəcəyə qədər yüksələ bilir. Soyuducu xüsusiyyətə malik yeni örtüklər isə bu göstəricini təxminən 5,5–8,9 dərəcə azalda bilər.


Rutgers Universitetinin araşdırmasına əsasən, məsaməli beton yağışdan sonrakı günlərdə adi örtüklərlə müqayisədə 25–30 faiz daha az istilik yayır.

Mərakeşdə layihə 2023-cü ildə başladılan "Davamlı Mərakeş Şəhəri" proqramı çərçivəsində həyata keçirilir. Proqram Mərakeş hökuməti, BMT-nin İnkişaf Proqramı (UNDP) və Qlobal Ətraf Mühit Fondu (GEF) tərəfindən maliyyələşdirilir.

Layihənin ümumi büdcəsi 9,5 milyon dollar təşkil edir və onun 1 milyondan çox insana müsbət təsir göstərəcəyi gözlənilir.

Mütəxəssislər qeyd edirlər ki, məsaməli örtük bütün avtomobil yolları üçün universal həll hesab edilmir. Zamanla toz, palçıq və təkər qalıqları örtüyün məsamələrini tıxaya bilər. Buna görə də bu texnologiyanın ilkin mərhələdə əsasən səkilərdə, meydanlarda, parkinqlərdə və nəqliyyatın az olduğu küçələrdə tətbiq olunması planlaşdırılır. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin