60 il əl-ələ: Dağlarda başlayıb aranda davam edən örnək həyat hekayəsi - VİDEOSÜJET

Hazırda oxunan: 60 il əl-ələ: Dağlarda başlayıb aranda davam edən örnək həyat hekayəsi - VİDEOSÜJET

629789

Xoşbəxt bir ömrün uğuru nə var-dövlətdə, nə də yüksək vəzifədə olur. Elə ailələr var ki, onların ən böyük sərvəti birlikdə keçirdikləri illər, qoruduqları sevgi və yetişdirdikləri övladlardır.

Beyləqan rayon sakini Balaxan Əzimov və ömür-gün yoldaşı Gülayə xanım məhz belə insanlardandır.

Onların həyat hekayəsi düz 60 ilin sınağından keçən sevginin, sədaqətin və qarşılıqlı hörmətin nümunəsidir. Altmış il, təkcə təqvimdə ötüb-keçən zaman deyil. Bu illərin içində həyatın acılı-şirinli sınaqları var. 

Balaxan kişi uzun illər çobanlıq edərək ailəsinin dolanışığı üçün gecəsini gündüzünə qatıb. Bu çətin ömür yolunda onun ən böyük dayağı isə Gülayə xanım olub. O da həyat yoldaşı ilə çiyin-çiyinə bütün çətinlikləri bölüşüb, ailə ocağını qoruyub, övladlarını böyüdüb, evinə istilik və bərəkət gətirib.
 

Balaxan kişi və Gülayə xanım beş övlad böyüdüblər. Övladlarına zəhməti, halallığı, böyüyə hörməti, kiçiyə sevgini aşılayıblar. Bu gün onların övladları və nəvələri həmin dəyərləri yaşadır. 


85 yaşlı Balaxan kişi və 78 yaşlı Gülayə xanım sübut edirlər ki, uzunömürlü ailənin sirri qarşılıqlı hörmət, səbir, anlayış və sədaqətdədir. Bir ömrü birlikdə yaşamaq, altmış il eyni ocağın istisini qorumaq hər kəsə nəsib olmur. 
 

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin