Bakı metrosunun sərnişin daşıma potensialı əlavə olaraq 88 milyon nəfər artırılacaq.
Bizim.Media xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, yaxın 5 il ərzində paytaxtın ictimai nəqliyyat sahəsində, həmçinin şəhərin dayanıqlılığı və mobillik baxımından ciddi dəyişikliklər baş verəcək:
"Təsdiq olunmuş dövlət proqramına müvafiq olaraq bu prosesdə Bakı Metropoliteni də əhəmiyyətli rol oynayacaq. İlk olaraq bildirmək istəyirəm ki, qarşıdakı dövrdə Bakı Metropolitenini intensiv inkişaf mərhələsi gözləyir. 10 yeni stansiyanın tikilməsi ilə bağlı metropolitendə müxtəlif istiqamətlər üzrə işlərə artıq start verilib. Ayrıca vurğulamaq istərdim ki, bu 10 yeni stansiya paytaxtın ictimai nəqliyyat infrastrukturunu və bütövlükdə sosial mühitini köklü surətdə dəyişdirəcək".
B. Məmmədov bildirib ki, bu layihə sərnişin axınlarının daha effektiv paylanmasına, şəhərdəki nəqliyyat sıxlığının azaldılmasına və digər problemlərin müsbət yöndə aradan qaldırılmasına töhfə verəcək:
"10 yeni stansiyanın fəaliyyətə başlaması Bakı Metropoliteninin daşıma imkanlarını da genişləndirəcək. Müqayisə üçün qeyd edim ki, 2025-ci ildə Bakı Metropolitenindən 230 milyon sərnişin yararlanıb. Dövlət proqramı tam həyata keçirildikdən sonra isə metropoliten əlavə 88 milyon sərnişin daşımaq gücünə sahib olacaq".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:44 / 05.08.2026
Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə
Hazırda oxunan: Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə
Hazırda oxunan: Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə
629517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































