Abşeron rayonunda talama cinayəti baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən marketlərin birində naməlum şəxs alış-veriş edən zərərçəkənin içərisində nağd pul, bank kartı və şəxsi sənədləri olan çantasını oğurlayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 61 yaşlı N.Qulamov saxlanılıb.
Həmçinin ondan psixotrop maddə olan metamfetmanin də aşkarlanıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:06 / 01.08.2026
Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı
Hazırda oxunan: Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı
Hazırda oxunan: Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı
628750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































