Astrologiyada hər bürcün özünəməxsus xarakter xüsusiyyətlərinə malik olduğu hesab edilir. Bəzi bürclər daha məntiqli və sabit qərarlar verməyə meyilli olsalar da, digərlərinin emosiyalarını daha intensiv yaşadığı və əhval-ruhiyyələrinin tez-tez dəyişdiyi deyilir. Bu dəyişikliklər bəzən sevincdən kədərə, sakitlikdən həyəcana qədər qısa zaman ərzində baş verə bilər.
Bizim.Media əhval-ruhiyyəsi, qərarları tez dəyişən 5 bürcü təqdim edir:
1. Əkizlər – Əkizlərin fikirləri və əhvalı tez dəyişə bilər. Bir anda çox şən, qısa müddət sonra isə sakit və ya narahat görünə bilərlər.
2. Xərçəng – Həssas və emosional bürc hesab olunur. Buna görə də ətrafındakı hadisələr onun əhvalına güclü təsir edə bilər.
3. Balıqlar – Güclü intuisiya və emosiyalara sahib olan balıqların duyğuları tez-tez dəyişə və
başqalarının hisslərindən təsirlənə bilər.
4. Tərəzi – Tərəzi qərarsızlığı ilə tanınır. Əhvalı və fikirləri müxtəlif vəziyyətlərdən asılı
olaraq anidən dəyişə bilər.
5. Əqrəb – Bir əqrəb duyğularını hər zaman göstərməsə də, daxilən çox dərin hisslər yaşayır və
emosional vəziyyəti kəskin dəyişə bilər.
Bizim.Media

































































































