Dahilərimizin Bakıdakı heykəlləri ilə bağlı maraqlı araşdırma aparılıb.
Bizim.Media xəbər verir ki, araşdırmanı tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev aparıblar.
“Sovet dövründə Bakıda bu tarixi şəxsiyyətlərimizə heykəllər ucaldılıb:
Mirzə Ələkbər Sabir (1922; 1958-ci ildə tunc abidə ilə əvəzlənib), Mirzə Fətəli Axundzadə (1930), Həzi Aslanov (1949), Nizami Gəncəvi (1949), Xurşidbanu Natəvan (1960), Üzeyir Hacıbəyli (1960), Səməd Vurğun (1961), Məhəmməd Füzuli (1962), Mikayıl Müşfiq (1968), Nəriman Nərimanov (1972), Mehdi Hüseynzadə (1973), İmadəddin Nəsimi (1980), Cəfər Cabbarlı (1982), Həsən bəy Zərdabi (1983) və Əliağa Vahid (1990). Diqqət etsək, görərik ki, N.Nərimanovu çıxmaq şərti ilə o zaman heç bir dövlət xadimimizə heykəl ucaldılmayıb.
Müstəqillik dövründə isə Bakıda Şah İsmayıl Xətainin (1993), Hüseyn Cavidin (1993), Yusif Məmmədəliyevin (1998), Əzim Əzimzadənin (2002), Tofiq Bəhramovun (2004), Heydər Əliyevin (2005), Zivər bəy Əhmədbəyovun (2011), Abbasqulu ağa Bakıxanovun (2011), Fikrət Əmirovun (2011), Koroğlunun (2012), Bülbülün (2012), Dədə Qorqudun (2013), Qara Qarayevin (2014), Rəşid Behbudovun (2016), Niyazinin (2017), Albert Aqarunovun (2019), Hacı Zeynalabdin Tağıyevin (2022) və Müslüm Maqomayevin (2022) heykəlləri qoyulub.
Dahilərimizin heykəlləri qədim və zəngin tariximizin küçələrdə yaşadılması və təbliğatıdır.
Çox təəssüf ki, Bakıda Babəkin, Şəmsəddin Eldənizin, Uzun Həsənin, Sara Xatunun, Şah Abbasın, Nadir şah Əfşarın, Ağaməhəmməd şah Qacarın, Cümhuriyyət qurucularının və digər tarixi şəxsiyyətlərimizin heykəlləri yoxdur. Ümid edirik ki, bir gün onların heykəlləri də Bakımızda ucaldılacaq”, - deyə tarixçilər bildiriblər. (modern.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:23 / 31.07.2026
Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA
Hazırda oxunan: Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA
Hazırda oxunan: Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA
628665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































