Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

Hazırda oxunan: Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

628606

Son zamanlar insanlar vacib sənədləri telefonda və yaxud komputerdə saxlayır. Bu da ilk baxışdan rahat və praktik görünür.

Bəs bunlardan hansı daha təhlükəsizdir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, vacib sənədlərin saxlanılması baxımından nə kompüter, nə də telefon təkbaşına mütləq təhlükəsiz sayıla bilməz:

“Çünki hər iki cihazın özünəməxsus riski var. Kompüterlər fiziki olaraq itirilmə və ya oğurlanma ehtimalının azlığı və daha mürəkkəb şifrələmə imkanları ilə üstünlük təşkil etsə də, internetdən yüklənən zərərli proqramlar və faylları bloklayaraq pul tələb edən fidye virusları (ransomware) baxımından böyük risk daşıyır. Telefonlar isə daxili yaddaşın avtomatik şifrələnməsi və biometrik müdafiə (Face ID, barmaq izi) sayəsində viruslara qarşı daha dayanıklıdır, lakin onların fiziki olaraq itirilməsi, oğurlanması və ya mesajlaşma tətbiqləri üzərindən sənədlərin sızma ehtimalı dəfələrlə yüksəkdir”.

Müsahibimiz ən təhlükəsiz variantı da söyləyib:

“Maksimal təhlükəsizliyi təmin etmək üçün sənədləri sadəcə cihazın adi yaddaşında saxlamaq əvəzinə ikiaddımlı doğrulama ilə qorunan etibarlı bulud hesablarından (Google Drive, iCloud, OneDrive) istifadə etmək ən doğru yoldur. Cihazın daxilində saxlanılan fayllar isə mütləq parolla qorunan xüsusi şifrəli qovluqlara yerləşdirilməli və heç bir halda mesajlaşma tətbiqlərinin yaddaşında açıq şəkildə saxlanılmamalıdır. Çox kritik sənədlərin bir nüsxəsini isə internetə qoşulmayan xarici yaddaş diskində (USB/SSD) offlayn olaraq saxlamaq istənilən rəqəmsal təhdiddən tam sığortalanmağınızı təmin edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin