DİM sədri: “Keçid balları bəzi ixtisaslarda 17 baladək arta bilər”

Hazırda oxunan: DİM sədri: “Keçid balları bəzi ixtisaslarda 17 baladək arta bilər”

628588

İxtisas qrupları üzrə vəziyyət müxtəlifdir. Ötən il keçid balı 500-600 olan ixtisaslarda vəziyyətin necə dəyişdiyini təxmin edə bilirik.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Sədr bildirib ki, l ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1–2 bal aşağı düşəcək:

"500–600 bal intervalında isə təxminən 16 bala qədər azalma müşahidə oluna bilər. 400–500 bal aralığında da keçid ballarının təxminən 5 bal aşağı düşəcəyi proqnozlaşdırılır. Bunun əksinə olaraq, 300–400 bal intervalında keçid balların isə artacağı gözlənilir. Çünki bu bal aralığında nəticə göstərən abituriyentlərin sayı artıb və bu da müsabiqə vəziyyətini dəyişir"

Onun sözlərinə görə, lI ixtisas qrupu üzrə bütün bal intervallarında keçid ballarında 2-3 bal azalma müşahidə olunacaq:

"300–400 bal intervalında isə keçid ballarının 12 bala qədər aşağı düşməsi mümkündür. Lakin 200–300 bal aralığında vəziyyət fərqlidir. Bu intervalda nəticə göstərən abituriyentlərin sayı artdığı üçün müsabiqə güclənə bilər və nəticədə keçid ballarında 3–4 ballıq artım gözlənilir".

Sədr vurğulayıb ki, III ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda balların 3–4 bal azalması mümkündür:

"Ancaq 500–600 bal intervalında nəticələr daha sıxdır və burada keçid ballarının 3–4 bal artacağı ehtimal edilir. Eyni zamanda 400–500, 300–400 və 200–300 bal intervallarında da keçid ballarının təxminən 1–8 bal artacağı proqnozlaşdırılır. lV ixtisas qrupu üzrə 1000-dən çox abituriyent 600-dən yuxarı bal toplayıb. Buna görə də 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 15–17 bala qədər artacağı gözlənilir".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin