Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

Hazırda oxunan: Ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri - Siyahı

628469

Toydan əvvəl qız evində qurulan xına gecəsi artıq sadəcə ənənəvi mərasim deyil. Gəlinin geyimi, dekorasiyası, musiqisi, rəqs proqramı və ən əsası, gecəni idarə edən aparıcının seçimi üçün ailələr kifayət qədər ciddi büdcə ayırırlar. Xüsusilə məşhur xına aparıcılarının dəvət olunması mərasimin xərcini daha da artırır.

Bəs tanınmış aparıcılar bir xına gecəsinin idarə olunmasına görə nə qədər qonorar alırlar? Qiymətlər nədən asılıdır və məşhurluq qonora təsir edirmi?

Bizim.Media “yenisabah.az”a istinadla məşhur xına aparıcılarının qonorarlarını təqdim edir:

1. Rəqqasə Fatimə

Fatimə Fətəliyevanın xına məclislərinin qiyməti 6 mindən başlayır. Premium paketin qiyməti isə 10 min manatdır. Həmin qiymətə rəqs şouları, dekor, musiqi, ansambl, oriental rəqslər, DJ və xüsusi şou ilə bəyin restorana gətirilməsi daxildir. Əgər razılığa gəlsəniz, 500 manat məbləğində beh ödəməlisiniz.

2. Şairə Nazilə Səfərli

Nazilə Səfərli ölkədə tanınan xına aparıcılarından biridir. O, bütöv məclisin təşkili üçün 9 min manat qonorar tələb edir. Qiymətə ansambl, müğənni, açılışda 8 rəqqasə ilə gəlini qarşılama, xınayaxdı zamanı rəqs, “Haxışta” qrupu, 2 naxışçı, bəyi restorana gətirmək üçün zurna dəstəsi, oriental, DJ və sona kimi şairənin öz iştirakı daxildir.

3. Çinarə Əliyeva

Çinarə Əliyeva bütöv xına məclislərinin təşkili üçün 7 min manat vəsait tələb edir. Qiymətə ansambl, dekor, rəqqasələr, xüsusi şou və s. xidmətlər daxildir. Ç. Əliyeva tək aparıcılıq üçün isə 3 min manat qonorar alır.

4. Könül Muxtarova

Könül Muxtarova təkcə aparıcılıq üçün 2500 manat qonorar alır. Qalan hər şey paket şəklində təklif olunur və qiymət 2 min manatla 15 min manat arasında dəyişir. Qiymətin əsas dəyişmə səbəbi isə qurulacaq dekordan asılıdır.

5. Xuraman Şuşalı

Xuraman Şuşalı xına məclislərinin təşkili üçün 5-6 min manatdan başlayaraq qonorar tələb edir. Qiymət qonaq sayı və proqramın təşkilinə görə dəyişir. Dekor və xidmətdən asılı olaraq qiymət artıb-azala bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin