Tanınmış tiktoker həbs edildi

Hazırda oxunan: Tanınmış tiktoker həbs edildi

628417

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir xanım tiktoker həbs edilib. 

Bizim.Media xəbər verir ki, 1992-ci il təvəllüdlü Məmmədzadə Müjgan Əziz qızı Sabunçu rayon 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci  (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada  göstərilməsi) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilib. 

Məhkəmənin yekun qərarı ilə Müjgan Məmmədzadə 10 sutka müddətinə inzibati qaydada həbs edilib. (Unikal.az)
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin