Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

Hazırda oxunan: Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

628265

Son 5 ildə psixi xəstəlik diaqnozu qoyulanların sayı 2 dəfədən çox artıb.

Bizim.Media “azxeber.com”a istinadla xəbər verir ki, açıqlanan rəsmi məlumatlara əsasən, son 5 ildə psixi xəstəlik diaqnozu ilk dəfə qoyulan şəxslərin sayı 4 min 39 nəfərdən 8 min 376 nəfərə yüksəlib.

Belə ki, 2020-ci ildə psixi xəstəlik diaqnozu qoyulan şəxslərin sayı 4 min 39 nəfər olduğu halda, 2024-cü ildə bu göstərici 8 min 376 nəfər təşkil edib.
 

Bununla yanaşı, tibb müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı da artıb. Belə ki, 2020-ci ildə qeydiyyatda olanların sayı 106 min 299 nəfər idisə, 2024-cü ildə bu rəqəm 117 min 718 nəfərə çatıb.


Əhalinin hər 100 min nəfərinə düşən ilk dəfə diaqnoz qoyulan xəstələrin sayı 40,4-dən 82,1-ə, qeydiyyatda olan psixi xəstələrin sayı isə 1 060,2-dən 1 151,3-ə yüksəlib. Rəsmi statistika son illərdə psixi sağlamlıq problemləri ilə bağlı ilk dəfə diaqnoz qoyulan və qeydiyyatda olan xəstələrin sayında artım müşahidə edildiyini göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin