Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

Hazırda oxunan: Zaqatalada ağır qəza: bir ailənin 4 üzvü yaralandı

628247

Zaqatalada bir ailənin dörd üzvü yol qəzasında xəsarət alıb.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə günorta saatlarında rayonun Qəbizdərə kəndində baş verib.
 

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan eyni ailənin üzvləri – Zaqatala şəhər sakinləri, 1991-ci il təvəllüdlü Vasif Hacımurad oğlu Sultanov, 1985-ci il təvəllüdlü Səfa Səlim qızı Sultanova, 2017-ci il təvəllüdlü Ömər Vasif oğlu Sultanov və 2013-cü il təvəllüdlü Ayşə Vasif qızı Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun II Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəsarətlərinin yüngül olduğu müəyyən edilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin