Şəmkirdə yeniyetmə Kür çayında boğulma təhlükəsi ilə üzləşib.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Gədəbəy rayon sakini, 2010-cu il təvəllüdlü C.Tağlı atası ilə birlikdə Kür çayında çimən zaman suda batıb. Yeniyetmə ətrafdakı şəxslərin köməyi ilə sudan çıxarılaraq xəstəxanaya çatdırılıb.
Xəstəxanadan bildirilib ki, C.Tağlının vəziyyəti ağırdır.
Məlumata görə, 16 yaşlı yeniyetmə atası ilə birlikdə istirahət məqsədilə Kür çayının sahilinə gəlibmiş.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media





























































































