“Toplum TV” işi üzrə hökm oxundu- 12 ildən 15 ilə kimi

Hazırda oxunan: “Toplum TV” işi üzrə hökm oxundu- 12 ildən 15 ilə kimi

627802

“Toplum TV” işi üzrə məhkəmə araşdırması başa çatıb. 

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə  verilmiş ittihamlar əsaslıdır.
 

Hökmə əsasən, Aкif Qurbanov və Ruslan İzzətli 15 , Ələsgər Məmmədli və Əli Zeynalov 14 , Müşfiq Cabbarov, İlkin Əmrahov, Ramil Babayev 13 , Fərid İsmayılov və Elmir Abbasov isə 12  il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələri ilə ittiham edilirdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin