Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ

Hazırda oxunan: Ülvi Hacızadə nazir müavini TƏYİN EDİLDİ

627795

Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub.
 
Bizim.Media
 xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb.
 
Təyinatla bağlı Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni nazirliyin kollektivinə təqdim edib.

Qeyd edək ki, bu dövrə qədər Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammmal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin