Məmmədlidə antisanitar vəziyyət: Zibil niyə küçədə yığılıb qalıb? - FOTO

Hazırda oxunan: Məmmədlidə antisanitar vəziyyət: Zibil niyə küçədə yığılıb qalıb? - FOTO

627756

Abşeron rayonunun Məmmədli kəndində məişət tullantılarının yol kənarında qalaqlanması sakinlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə şikayət oxu.az-ın qaynar xəttinə daxil olub.

Qeyd olunub ki, əvvəllər ərazidə üç zibil konteyneri olsa da, bilinməyən səbəbdən onları götürüblər.

"Zibil qabları olmadığı üçün camaat tullantıları yol kənarına atır. Nəticədə antisanitar vəziyyət yaranır və kəskin qoxu səbəbindən ərazidən keçmək mümkün olmur", - deyə şikayətdə bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin