Şəki qəzasında yaralanan şəxsin son vəziyyəti AÇIQLANDI

Hazırda oxunan: Şəki qəzasında yaralanan şəxsin son vəziyyəti AÇIQLANDI

627574

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
 

"Şəki rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1998-ci il təvəllüdlü şəxs (kişi) 26.07.2026-cı il tarixində saat 01:40-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Ona təpə nahiyəsinin hematoması, mil bilək oynağının travması, sıyrılmış yaraları diaqnozları təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", deyə qurumdan bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin