Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanları keçirilir

Hazırda oxunan: Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanları keçirilir

627540

İyulun 26-da Dövlət İmtahan Mərkəzi tərəfindən Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə test imtahanları keçirilir.

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, imtahanlar Bakı, Gəncə və Naxçıvan şəhərlərində elektron formada təşkil olunur.

İmtahanın birinci növbəsi (21, 25, 26, 28, 32, 33, 36-cı komissiyalar üzrə) saat 10:00 başlanıb və 1 saat davam edib.

İkinci növbə imtahan isə (20, 24, 27, 29, 30, 69, 73, 75-ci komissiyalar üzrə) saat 14:00-da başlanacaq.
 

İmtahanlar kompüter vasitəsilə keçirilir. Abituriyentlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.


İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 27 və 28 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin