Kürdəmirdə zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 26-cı kilometrliyində, rayonun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Daewoo" markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən yol kənarında təmir üçün dayanmış "VAZ-2106" markalı avtomobilə çırpılıb, daha sonra isə yenidən hərəkətdə olan eyni markalı "VAZ"a dəyib. Nəticədə "VAZ"lardan biri yol kənarına aşıb və avtomobilin yanında dayanmış rayon sakinləri — 34 yaşlı Kamran Məmmədov və 27 yaşlı Əlismayıl Əliyev avtomobilin altında qalaraq ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılaraq həkim nəzarətinə götürülüblər.
Faktla bağlı araşdırma aparılır.



Bizim.Media




































































































