Uşaqlar kifayət qədər meyvə və tərəvəz yemir - Valideynlər nə etməlidir?

Hazırda oxunan: Uşaqlar kifayət qədər meyvə və tərəvəz yemir - Valideynlər nə etməlidir?

627401

Dünyada uşaq və yeniyetmələrin əksəriyyəti sağlam inkişaf üçün zəruri olan meyvə və tərəvəzi kifayət qədər qəbul etmir. Bu nəticə "BMJ Global Health" jurnalında dərc olunan yeni araşdırmada öz əksini tapıb.

Tədqiqat çərçivəsində 185 ölkədə 1990–2018-ci illəri əhatə edən 1200-dən çox qidalanma sorğusu təhlil edilib. Məlum olub ki, son onilliklərdə müəyyən irəliləyiş olsa da, uşaqların meyvə, nişastasız tərəvəz, paxlalılar, qoz-fındıq və toxumlar kimi faydalı qidaları istehlakı hələ də tövsiyə olunan səviyyədən aşağıdır.
 

Araşdırmalar göstərir ki, 2 yaşdan kiçik uşaqlar meyvə və tərəvəzdən nisbətən çox istifadə etsələr də, yaş artdıqca bu göstərici əhəmiyyətli dərəcədə azalır. Mütəxəssislər bunu uşaqların məktəbdə və evdən kənarda daha çox vaxt keçirməsi, həmçinin yüksək şəkər və yağ tərkibli emal olunmuş qidalara əlçatanlığın artması ilə əlaqələndirirlər.


Bizim.Media CNN-ə istinadən xəbər verir ki, həkim - ictimai səhiyyə üzrə mütəxəssis Leana Ven bildirib ki, meyvə və tərəvəzlər uşaqların böyüməsi, beyin inkişafı və immun sisteminin güclənməsi üçün vacib vitamin, mineral və lif mənbəyidir. Onun sözlərinə görə, valideynlər uşaqlara yeni qidaları təzyiq göstərmədən dəfələrlə təklif etməli, onları alış-verişə və yemək hazırlanmasına cəlb etməlidirlər.

Mütəxəssis vurğulayıb ki, təzə məhsullarla yanaşı, şəkər və duz əlavə edilməmiş dondurulmuş və konservləşdirilmiş meyvə-tərəvəzlər də sağlam qidalanmanın bir hissəsi ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin