Narkozsuz əməliyyat olunan qadın danışdı: “Zirzəmi tipli bir yer idi” - VİDEO

Hazırda oxunan: Narkozsuz əməliyyat olunan qadın danışdı: “Zirzəmi tipli bir yer idi” - VİDEO

627138

Paytaxtda fəaliyyət göstərən estetik mərkəzlərin birində qeydə alınan və sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə və haqlı narazılığa səbəb olub. İddialara görə, pasiyentə anesteziya (narkoz) tətbiq edilmədən əməliyyat aparılıb, prosedurun həyata keçirildiyi məkan isə heç bir cərrahiyyə standartına cavab verməyib.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıda qadını narkozsuz əməliyyat etdilər - VİDEO


Bizim.Media xəbər verir ki, “ATV Xəbər”ə danışan zərərçəkən Qəmər Ağalıyeva baş verənlərlə bağlı şok təfərrüatları bölüşüb.

Onun sözlərinə görə, əməliyyatın üstündən bir il keçdikdən sonra həmin görüntülərdən xəbər tutub:

"Dünən onun çəkildiyindən xəbərim yox idi. Tanışlar videonu mənə atdılar. Orada mənim səsimdir, mənim açıq bədənimdir və icazəsiz paylaşılıb. Narkozdan ayıldım və hər şeyi hiss eləyirdim. Ağrını, şişin bədənimə necə salındığını hiss edirdim."

Araşdırmalar zamanı məlum olub ki, qalmaqallı görüntülər fəaliyyəti daha sonra dayandırılan "Uğur Estetik Mərkəzi 777"də qeydə alınıb. Kadrlarda bir tərəfdən narkoz verilmədən aparılan ağrılı əməliyyat, digər tərəfdən isə kənar şəxslərin əməliyyat otağına maneəsiz daxil olması açıq şəkildə əksini tapıb.

Zərərçəkən yaşadığı dəhşətli anları belə təsvir edib:

"Əməliyyat olunan yer heç bir klinika və ya xəstəxana deyil idi. Bildiyiniz zirzəmi tipli bir yer idi. Tək bir otaqdır, otaqda həkimə aid heç bir tibbi avadanlıq yoxdur. Sadəcə adi bir yataq qoyulub və bütün işlər burada görülür. Gələn-gedən də otağa sərbəst girib-çıxır."

Xəbərsiz şəkildə yayılan videoların ailəsində ciddi mübahisələrə səbəb olduğunu bildirən zərərçəkən məsələ ilə bağlı əməliyyatı həyata keçirən Gülbadə Abdullayeva ilə əlaqə saxlayıb. Lakin həkimin reaksiyası daha çox təəccüb doğurub:

"Həkimlə əlaqə saxladım. O, ağlayaraq bunun öz səhvi olmadığını, məsələyə görə ailəsində, yoldaşı ilə arasında ciddi problemlər yarandığını bildirdi və "hara istəyirsiz, müraciət edin" deyərək məsuliyyətdən yayınmağa çalışdı."

Daha ətraflı videosüjetdə:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin