Azərbaycandakı universitetlərin birinə magistr qəbulu LƏĞV EDİLDİ

Hazırda oxunan: Azərbaycandakı universitetlərin birinə magistr qəbulu LƏĞV EDİLDİ

627106

2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında Naxçıvan Müəllimlər İnstitutu nəzərdə tutulmayıb.

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, ötən il institut üzrə magistraturaya 30 plan yeri ayrıldığı halda, bu il qəbul planı sıfıra endirilib. Beləliklə, Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsi üzrə qəbul planı ötən illə müqayisədə 100 faiz azalıb.

Məlumat üçün qeyd edək ki, 2026-cı tədris ili üzrə magistratura səviyyəsinə qəbul planında Muxtar Respublikada yerləşən digər ali təhsil ocağı - Naxçıvan Dövlət Universiteti üzrə artım qeydə alınıb. Belə ki, universitet üzrə magistraturaya qəbul planı 299 yerdən 355 yerə yüksəlib ki, bu da 56 yer və ya 18.73 faiz artım deməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin