Dövlət Turizm Agentliyi daha 3 hotelə ulduz kateqoriyası verib.
Bizim.Media xəbər verir ki, bunlardan biri 5 ulduzlu, biri 4 ulduzlu, digəri isə 3 ulduzlu kateqoriyaya aid edilib.
Bununla da ölkədə ulduz kateqoriyalı hotellərin ümumi sayı 275-dən 278-ə yüksəlib.
Hazırda Azərbaycanda 24 hotel 5 ulduzlu, 44 hotel 4 ulduzlu, 98 hotel 3 ulduzlu, 81 hotel 2 ulduzlu, 31 hotel isə 1 ulduzludur. Ulduz kateqoriyalı hotellərin 201-i Bakıda yerləşir ki, bu da ölkə üzrə ümumi göstəricinin təxminən 72 %-ni təşkil edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:28 / 21.07.2026
Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı artdı
Hazırda oxunan: Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı artdı
Hazırda oxunan: Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı artdı
626693
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































