Vaqif Əsədov jurnalistləri belə təbrik etdi – FOTO

Hazırda oxunan: Vaqif Əsədov jurnalistləri belə təbrik etdi – FOTO

626657

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq rəisi, polkovnik Vaqif Əsədov 22 İyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə bildirilib:

“Əziz və dəyərli mətbuat nümayəndələri, hörmətli jurnalistlər, dostlar-xanımlar və cənablar!
 

22 İyul Milli Mətbuat Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, ailə səadəti, xoş günlər və peşə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.


Cəmiyyətimizin inkişafında, obyektiv informasiyanın ictimaiyyətə çatdırılmasında və milli-mənəvi dəyərlərimizin təbliğində göstərdiyiniz fədakar əməyiniz yüksək qiymətə layiqdir. Qələminiz daim kəsərli, sözünüz təsirli, fəaliyyətiniz isə uğurlu olsun.

İllər boyu yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin aparılmasında göstərdiyiniz dəstək və Əməkdaşlıq xüsusi əhəmiyyət daşıyıb. Dövlət Yol Polisi orqanlarının fəaliyyəti, yol hərəkəti qaydalarının təbliği və vətəndaşların məlumatlandırılması istiqamətində verdiyiniz töhfələrə görə hər birinizə təşəkkürümü bildirirəm.
 

Əminəm ki, bundan sonra da peşəkarlığınız, məsuliyyətiniz və vətənpərvər mövqeyinizlə cəmiyyətimizin inkişafına, dövlətimizin və xalqımızın rifahına dəyərli töhfələr verməyə davam edəcəksiniz.


Milli Mətbuat Günü münasibətilə hər birinizə tükənməz yaradıcılıq enerjisi və gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

DİN polkovniki Vaqif Əsədov”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin