Artıq 2025-2026-cı il üzrə qəbul prosesi yekunlaşır. Hazırda həm kollecdə təhsil almaq, həm tələbə, həm də magistrant adını qazanmaq istəyənləri ən çox maraqlandıran məsələlər balların artıb-azalacağı, plan yerlərinin sayı, rəqabətin necə olacağıdır.
Təhsil məsələləri üzrə ekspert Elmin Nurizadə Bizim.Media-ya açıqlamasında bu il müxtəlif təhsil pillələri üzrə proqnozları açıqlayıb.
O, ilk olaraq 11 illik təhsil bazasından kolleclərə qəbul barəsində gözləntilərdən danışıb
"11 illik kolleclərə qəbulda rəqabətin necə olacağını universitetlərə ixtisas seçiminin gedişatı müəyyənləşdirir. Çünki bəzən universitetlərə qəbul ola bilməyən gənclər təhsillərini kolleclərdə davam etdirməyi düşünürlər. Ötən il bunun bariz nümunəsini gördük. Subbakalavrların universitetə imtahansız qəbulundan sonra kolleclərə maraq artdı. Bu il kolleclərə qəbulda, xüsusilə tibb sahəsi üzrə rəqabətliliyin daha da artacağı gözlənilir. Ancaq plan yerləri isə hər il daha da azalır".
Elmin Nurizadə ali məktəblərə qəbulda rəqabətin güclü olacağı ixtisas qruplarını da açıqlayıb.
Onun sözlərinə görə ən gərgin mübarizə II qrupda gözlənilir:
"Bu il test imtahan tarixində II qrupa rekord sayda müraciət qeydə alınıb, ötən illə müqayisədə bu artım 4000-dir. Həmçinin I ixtisas qrupun riyaziyyat-informatika altqrupunda rəqabətin güclü olacağı gözlənilir. Çünki bu qrupa tələbat hər il artsa da, plan yerləri eyni qalır. III qrupda isə pedaqoji ixtisaslarda plan yerlərinin azalacağı gözlənilir. IV qrupda isə hər il olduğu kimi tibb ixtisas qrupu üzrə mübarizə olacaq".
Bəs bakalavrların səbrsizliklə gözlədiyi magistraturaya qəbul prosesi necə olacaq? Nəzərə alaq ki, ötən il magistratura üzrə xeyli plan yeri boş qaldı. Görəsən, bu hal bu il də yaşanacaq?
Ekspert bu məsələyə də toxunub. O, bildirib ki, bu il magistratura üzrə qəbulun ötən ilki aqibəti yaşayacağını gözləmirəm. Bu il plan yerləri ötən ilki kimi boş qalmayacaq. İxtisas seçimində, qəbul prosesində sıxlıq müşahidə olunacaq. Plan yerləri stabildir”.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:00 / 22.07.2026
Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?
Hazırda oxunan: Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?
Hazırda oxunan: Qəbulun həlledici mərhələsi - Bu il abituriyentləri hansı “sürpriz” gözləyir?
626656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































