Xəbər verdiyimiz kimi, "Vital Hospital"da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilib. Bu barədə zərərçəkən sosial media hesablarında paylaşım edib.
Bizim.Media məsələylə bağlı xəstəxana ilə əlaqə saxlayıb. “Vital Hospital”-ın direktoru Afaq Məcidova yayılan videoları şantaj olaraq adlandırıb:
"O videolar yalandır, şantajdır. Biz Daxili İşlər Nazirliyinə xəbər vermişik. Bu haqda Nazirliyin cinayət-axtarış söbəsi bu gündən icraata başlayıb, tədbir görüləcək. Bu, yanlış məlumatdır, paylaşsanız, başınız ağrıyacaq", - deyə direktor çox aqressiv şəkildə cavab verib.
Xatırladaq ki, məsələylə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən də araşdırma başlanılıb.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 21.07.2026
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Hazırda oxunan: Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Hazırda oxunan: Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
626569
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































