Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO

Hazırda oxunan: Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO

626477

Binə qəsəbəsində yerləşən 346 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə hazıdır, hətta 4 il öncə açılışı da olub, amma hələ də fəaliyyət göstərmir.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, sakinlər bağçanın işləməsini uzun müddətdir gözləyirlər.
 

Onların sözlərinə görə, bağça ilə eyni vaxtda inşa edilən 292 nömrəli tam orta məktəb artıq 4 ildir fəaliyyət göstərir. Lakin bağçanın hansı səbəbdən istifadəyə verilmədiyi barədə onlara hər hansı məlumat təqdim olunmayıb. Azyaşlı uşaqları olan valideynlər ərazidə dövlət bağçası olmadığı üçün övladlarını ya uzaq məsafədə yerləşən bağçalara aparmalı, ya da özəl məktəbəqədər təhsil müəssisələrinə müraciət etməli olurlar.


Valideynlər hesab edirlər ki, yeni tikilən dövlət bağçasının istifadəyə verilməsi həm ailələrin maddi yükünü azaldacaq, həm də məktəbəqədər təhsilə çıxışı asanlaşdıracaq.

Məsələni araşdırarkən məlum olub ki, sözügedən bağça hazırda heç bir qurumun balansında deyil. 346 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyətə başlaması ilə bağlı zəruri prosedurlar yekunlaşdıqdan sonra müəssisə istifadəyə veriləcək.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin