Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (1 qadın, 4 kişi) 20.07.2026-cı il tarixində 18:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətindən verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Vəziyyəti kritik ağır olan 1 nəfərin (kişi) isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 19:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Bizim.Media





































































































